Daha bir azərbaycanlı “obşak”ın qurbanı oldubackend

Daha bir azərbaycanlı “obşak”ın qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, saxlanan şəxs Rəhman Abdullayevdir. Onun üzərinə baxış zamanı odlu silah tapılıb.

Məlumat üçün bildirək ki, İlham Osmanov yerli biznesmenin 11,5 milyon rubl və maşınlarını mənimsəməkdə ittiham edilir. Onunla bərabər iş ortağı Aleksandr Kirişenko da saxlanılıb.

Qeyd edək ki, 36 yaşlı İlham Osmanov “qanuni oğru” Timur Mirzoyevin “adamı” hesab edilib və Çelyabinsk üzrə “nəzarətçi” təyin olunub. Onun həbsinə səbəb olan vəsaitin də “obşaka” toplanan pul olduğu bildirilir. “Obşak”ın pulu nəğdləşdirilmək üçün bir firmanın hesabına köçürülüb, ancaq daha sonra firma rəhbəri pulu qaytarmaqdan imtina edərək İlham Osmanovdan şikayət edib. İlham Osmanov özü də biznesmendir və əlilləri dəstəkləyən mərkəzin rəhbəri kimi də tanınıb.

Elnarə
İnterpress.az