İnterpress.az xəbər verir ki, bundan başqa bordellər fahişələrin işinə görə təqaüd fonduna köçürmə etməlidirlər.
Beləliklə məhkəmə qərarıyla fahişələr təqaüd və işsizliyə görə müavinət alacaqlar. Eyni zamanda dövlət səhiyyə müəssisələrində güzəştli xidmətlərdən istifadə edə biləcəklər.
Məhkəmənin qərarı Kataloniyanın Ali Məhkəməsindən də keçməlidir. Artıq qərardan kassasiya şikayəti verilib. Xatırladaq ki, 1995-ci ildən İspaniyada fahişəlik leqallaşdırılıb. Lakin bu sahənin işçiləri əmək hüquqlarından məhrum olub. Sutenyorluq və qadın ticarəti ölkədə qadağan olunub.
“Seks-industriya” İspaniyada inkişaf edir. Bu onunla izah olunur ki, bir çox qadınlar iqtisadi böhrana görə bu işə yönəlirlər. İspanların 39 faizi etiraf edib ki, fahişələrin xidmətindən istifadə ediblər.
İnterpress.az