“Mən Kürdüstan üçün yeni sərhədlər çəkəcəyəm və onlara yeni bir ölkənin sözünü verirəm” deyə senator bildirib. İnterpress.az xəbər verir ki, “Breitbart News”a müsahibə verən respublikaçı senator Amerikanın indiyə qədər verdiyi dəstəyin yetərli olmadığını, kürdlərin İŞİD qarşısında daha çox silahlandırılmalı olduğunu deyib.
Kürdlərə öz dövlətlərini qurma imkanının da tanınmasını qeyd edən senator bunları deyib:“Kürdlərə radikal cihadçılara qarşı müdafiə etmək üçün öz ölkələrinin verilməsi lazımdır. Ancaq mən bir addım daha irəli gedəcəm. Mən Kürdüstan üçün yeni sərhədlər çəkəcəyəm və onlara yeni bir ölkənin sözünü verirəm. İnanıram ki, əgər onlara öz ölkələrini söz versək, onlar ölümünə savaşarlar. Bunu demək əlbəttə, reallaşdırmaqdan daha asandır. Çünki yeni bir ölkənin sərhədlərini çəkmək üçün Türkiyə, İraq və Suriyadan torpaq alınmalıdır”.
İnterpress.az