İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, yanğında 4 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Onlar əsasən ticarət mərkəzindən mallarını xilas etməyə çalışan dükan sahibləri olub.
Yanğın dağıntı ilə müşahidə olunub. 4 nəfər dağınıtı altından xilas edilib. Bununla yanaşı hələ də dağıntı altında qalanlar var. Əraziyə xilasedicilər cəlb olunub.
İş adamı özü isə yanğının texniki nasazlıq səbəbindən baş verə biləcəyini düşünmür. Onun sözlərinə görə, hadisədən əvvəl ona mərkəzin yandırılacağı barədə hədə-qorxu gəlinib.
İnterpress.az