Cəmil Həsənlinin adından yalan məlumat yayıldıbackend

Cəmil Həsənlinin adından yalan məlumat yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterrpess.az xəbər verir ki, Cəmil Həsənlinin adından Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq vermədiyi və aksiyanın 22 marta keçirilməsini tövsiyə edən məlumat yerləşdirilib.

Cəmil Həsənli bununla bağlı azadliq.info-ya bildirib ki, onun adından yayılan məlumat yalandır. Belə ki, onun facebook səhifəsinə müdaxilə olunub, bu saxta məlumat orada yerləşdirilib. Bundan başqa onun səhifəsindən həm 15 mart mitinqi üçün, həm də bundan əvvəl yaradılan dəvətlərin hamısı ləğv edilib.

Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı da 15 mart aksiyası üçün BŞİH-dən hələ cavab almadıqlarını deyib. O, çağırış edib ki, aksiya ilə bağlı yalnız Mitinq Komitəsi adından yayılan məlumatlara istinad olunsun. Mitinq Komitəsinin yaymadığı heç bir məlumat rəsmi xarakter daşımır.

İnterpress.az