Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şəki şəhəri Qulam Axundov küçəsi, ev 5 ünvanında qeydə alınıb. 1956-cı il təvəllüdlü, Vəlyəddin İlyas oğlu Xalıqov özünü yaşadığı evdə asaraq intihar edib. 59 yaşlı Vəlyəddin Xalıqovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
İnterpress.az