İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Məlumatlara əsasən, ordu əsgərləri və silahlılar şəhərin şimalında, cənubunda və qərbində polis idarəsi və xəstəxana kimi mühüm mövqeləri ələ keçiriblər.
Səhra komandirlərindən biri şəhərin 75 faizinin hökumət qüvvələrinin nəzarətində olduğunu deyib.
Səddam Hüsseynin doğma şəhərinə hücum əməliyyatında 23 000 adamın iştirak etdiyi təxmin edilir.
Bu, hökumət qüvvələrinin ötən ilin iyun ayında geniş əraziləri ələ keçirməyə nail olan cihadçı qruplaşmasına qarşı ən miqyaslı həmləsidir.
Xlorin
Bu arada BBC İraqın Tikrit şəhərində İD-nin xlorin qazından silah kimi istifadəsinə dəlalət edən videogörüntülərlə tanış olub.
ABŞ generalı Martin Dempsey (sağda) Tikrit əməliyyatının uğurla başa çatacağına əmin olduğunu deyib.
İraq hökuməti kimyəvi maddənin kiçik həcmlərdə əldəqayırma yolkənarı bombaların hazırlanmasında istifadə olunduğunu bildirib.
Videoda bombaların nəzarət altında partladılması vaxtı göyə narıncı rəngli tüstünün qalxdığını görmək olar.
Çərşənbə günü yüksək rütbəli polis zabiti deyib ki, sakinlərin əllərindən avtomobilləri alan cihadçılar şəhəri tərk etməyə çalışırlar.
Martın 11-də ABŞ Ordusu Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Martin Dempsey deyib ki, həmlədə koalisiya hava qüvvələrinin iştirakı olmasa da, o əməliyyatın uğurla başa çatacağına əmindir.
Tikrit uğrunda döyüşlər strateji əhəmiyyətə malik Mosul şəhəri uğrunda apreldə başlayacağı güman edilən həlledici həmlədən əvvəl yer alır.
İnterpress.az