İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Sumqayıt şəhərində
– 18-ci mikrorayon, M.Əsədov küçəsində Yaraşıq Əhmədovaya məxsus mağazada;
Lənkəran şəhərində
– Qala Xiyabanında Ruslan Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda
– Sabunçu qəsəbəsi, B.Dadaşov küçəsi, 16B ünvanında Səfər Məmmədova məxsus mağazada;
Xətai rayonunda
– İ.Zülfüqarov küçəsi, 107A ünvanında Natiq İbişova məxsus mağazada;
Sumqayıt şəhərində
– 17-ci mikrorayon, M.Əsədov küçəsində Şəhla Abbasovaya məxsus mağazada;
Ağdaş şəhərində
– H.Əliyev prospektində Elbrus Vəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Yasamal rayonunda
– C.Cabbarlı küçəsi, 13 ünvanında Ramiz Həmidova məxsus mağazada;
– Ə.Hüseynzadə küçəsi, 64 ünvanında Abuzər Məmmədova məxsus mağazada;
Sumqayıt şəhərində
– 18-ci mikrorayonda Diləpürüz Rzaquliyevaya məxsus mağazada;
Qazax şəhərində
– M.Ə.Rəsulzadə küçəsində Arif Eyyubova məxsus mağazada;
Sabirabad şəhərində
– H.Əliyev prospektində Fariz Musayevə məxsus mağazada;
– V.Əhmədov küçəsində Rahib Əkbərova məxsus mağazada;
Ağdaş şəhərində
– M.İsayev küçəsində Xəqani Əhmədova məxsus mağazada;
Quba şəhərində
– H.Əliyev prospektində Yunis Məmmədova məxsus mağazada;
– 22-ci məhəllədə Asim Abdullayevə məxsus mağazada;
Qobustan rayonunda
– Poladlı kəndində Ruslan İsmayılzadəyə məxsus mağazada;
Balakən rayonunda
– Katex kəndində Elnur Hudulova məxsus mağazada;
Qəbələ rayonunda
– Vəndam qəsəbəsində Həmzət Zakirova məxsus mağazada;
Füzuli rayonunda
– Horadiz şəhəri, 20 Yanvar küçəsi, 6 ünvanında Mətanət Dadaşovaya məxsus mağazada;
Ağdam rayonunda
– Böyükbəyli kəndində Umud Soltanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
İnterpress.az