Səfir imamla görüşdübackend

Səfir imamla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik fəaliyyətdə olduğu müddətdə azərbaycanlılarla təmasda olmaq istədiyini bildirib. Səfir vurğulayıb ki, “Amerika günləri” festivalı çərçivəsində azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan yaradacaq.

Onun sözlərinə görə, imam Y.Hendinin Corctaun Universitetində “Dinlərarası görüş” mövzusunda mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın müxtəlif ölkələrində dinlərarası dialoq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin İslamda qadın və gender əlaqələri, İsanın ikinci gəlişi, ABŞ-da din və İslam mövzularında çoxlu sayda tədqiqat işləri var.

Corctaun Universitetinin imamı Y.Hendi daha sonra çıxış edərək qadınların ictimai həyatdan təcrid edilməsinin yolverilməzliyini dilə gətirib, qadınlara təhsil, siyasi rəhbərlikdə tam imkan verilməsinin vacibliyini vurğulayıb. Sülhün, dünyada ədalətin bərpa olunmasının əhəmiyyətinə toxunan Y.Hendi ailə zorakılığının əleyhinə çıxış edib.

Daha sonra müzakirələr aparılıb (Trend).

İnterpress.az