Ermənistan idmançıları Bakı olimpiadasına gedəcəklərmi?backend

Ermənistan idmançıları Bakı olimpiadasına gedəcəklərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu arada isə Ermənistan Taekwondo və Yunan-Roma Güləşi federasiyalarının Milli Olimpiya Komitəsinin qərarına tabe olmayacağı və atletlərini Bakıya göndərməyəcəyinə dair məlumatlar yayılıb.

Ermənistan MOK prezidenti Qaqik Tsarukyan Beynəlxalq və Avropa Olimpiya Komitələri tərəfindən erməni idmançılarına ən yüksək səviyyədə təhlükəsizlik zəmanətləri vəd edildiyini bildirib.

Ermənistan MOK İcraiyyə Komitəsinin üzvləri Ermənistan idmançılarının Bakı Avropa Olimpiya Oyunlarında iştirak etməsinin lehinə səs verib.

Həmçinin oxuyun: Bakı Oyunları: Azərbaycan bütün ölkələrin xərclərini ödəyəcək

Eyni zamanda Ermənistan MOK prezidenti deyib ki, Bakıya gedib-getməmək məsələsində heç bir idmançı və məşqçiyə məcburiyyət yoxdur.

MOK rəhbərliyi razıdır, idmançılar fikirləşirlər

Ermənistan idmançılarının altı idman növündə yarışlaraq qatılacağı gözlənilir: sambo, atıcılıq, cüdo, güləş, boks və taekvando.

Ermənistan Güləş federasiyasından BBC Azərbaycancaya bildiriblər ki, güləşçilərin Bakıya gedib-getməyəcəyi barədə qərar məşqçilər və idmançıların iştirakı ilə müzakirələr nəticəsində həll olunacaq.

Boks federasiyasından da oxşar açıqlama verilib: kimin getmək istədiyi, kimin imtina etməsi yaxın bir neçə gündə məlum olacaq.

Yerli mətbuata açıqlamasında yunan-roma güləşi üzrə 2014-cü ildə dünya çempionu adını qazanmış Arsen Culfalakyan hələlik Ermənistan güləşçilər komandasında Bakı Oyunlarında “100 faiz iştirak etmək istəyənin” olmadığını bildirib.

Həmçinin oxuyun: Avropa Oyunları 2015 nədir, necə keçəcək, yarış nəyin uğrunda olacaq?

Arsen Culfralakyan 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında iştirak edib. Və “şəxsi təcrübəsinə” əsaslanaraq deyir: “Təhlükəsizlik təmin olunur, lakin yarışa hazırlaşmaq və iştirak etmək üçün bərabər şəraitlər olmur”.

“Bizi məxfi qəbul edib, şəhərdə bizim avtobusun üstünə Türkiyə bayrağını asdırırdılar ki, avtobusa hücum edən olmasın”, – güləşçi deyir.

İnterpress.az