Prezident Bərdəyə səfər edibbackend

Prezident Bərdəyə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı əvvəlcə şəhərdə yeni salınmış Heydər Əliyev adına park-bulvarda Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra prezident İlham Əliyev Heydər Əliyev adına park-bulvarın açılış mərasimində iştirak edib. Dövlət başçısı parkda ağac əkib, parkın ərazisini elektromobillə gəzib.

Prezident İlham Əliyevə tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olunub. Dövlət başçısı parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxıb. Prezident yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezident İlham Əliyev Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

İnterpress.az