İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunun qarşısını almaq üçün sərhədlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Öncüpınar və Cilvegözü sərhəd-buraxılış məntəqələrində insan, əşya və avtomobil girişlərinə yasaq qoyulub.
Bu barədə qərar Bəşər Əsədin Türkiyəyə xüsusi hazırlıq keçmiş minlərlə məhbusu göndərmək barədə planı olmasına dair kəşfiyyat məlumatlarından sonra verilib.
Türk Silahlı Quvvələri də Suriya sərhədini mühasirəyə alıb.
Məlumatlara görə, məhkumlar Türkiyədə seçkiöncəsi vəziyyəti gərginləşdirəcək, xaos yaradacaq. Bunun üçün aylardır ki, məhkumlara təlim verilir. Həbsdən azad ediləcək məhkumlar Türkiyəyə göndərilərək onlardan müxaliflərə qarşı istifadə ediləcək.
İnterpress.az