İnterpress.az xəbər verir ki, rayon polis idarəsinin əməkdaşları qadını “Təmiz dünya” İctimai Birliyinin sığınacağına yerləşdirib.
Sığınacaqdan verilən məlumata görə, müətəxəssis köməyi ilə qadınla əlaqə yaradılıb:“Məlum olub ki, adı Vasilyeva Mariya Vasilyevnadır. 1927-ci ildə Rusiyada doğulub. Ancaq hazırda Neftçala rayonunda qeydiyyatdadır. Özünün dediyinə görə, Bakıda yaşayıb. 2 övladı var və övladları onu küçəyə atıb”.
Qadının ailəsinin harada yaşaması barədə tam dəqiqliyi ilə məlumat almaq mümkün olmadığına görə, ailəylə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
Elnarə
İnterpress.az