Nəticədə 136 nəfər ölüb, 396 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Namidan Piriyevin APA-ya verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı 26 fakt, yaralı sayı 73 fakt artsa da, ölüm sayı 10 fakt azalıb.
Hesabat dövründə ölkə ərazisində sərxoş sürücülər tərəfindən 13 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 10 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bu ilin ilk iki ayında piyadaların vurulması ilə nəticələnən 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Yanvar-fevral aylarında avtobusların iştirakı ilə 22 yol qəzası baş verib. Nəticədə 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
Bu il ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində 10 uşaq ölüb, 36 uşaq xəsarət alıb.
Sürət həddinin aşılması səbəbindən hesabat dövründə 114 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 48 nəfər ölüb, 108 nəfər xəsarət alıb.
Ötmə və qarşılıqlı hərəkət zolağına girmə səbəbindən bu il 116 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 29 nəfər ölüb, 149 nəfər xəsarət alıb.
İnterpress.az