İnterpress.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Tofiq Hacıyev danışıq dilində əcnəbi dilə meylin artdığını bildirib: “Səhvlərindən nəticə çıxarmaq əvəzinə bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.
İnterpress.az