İnterpress.az xəbər verir ki, Ermənistan kütləvi informasiya vasitələrində dünya ulduzlarından sayılan rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri edəcəyi barədə xəbər yayılmışdı. Bu xəbərə reaksiya gecikmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xəbərlə bağlı münasibət bildirərkən deyib ki, Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi məsələsi Xarici İşlər Nazirliyi və müvafiq səfirliklərimiz tərəfindən araşdırılacaq və zəruri addımlar atılacaq.
Qeyd edək ki, Ermənistan mətbuatı konsertin aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyi münasibətilə Şuşada keçiriləcəyi barədə məlumat yayıb.
İnterpress.az