Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı – FOTObackend

Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təşkilatın sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxışına qurumun önəmini vurğulamaqla başlayıb. Qloballaşan dünyada yaranan yeni sözləri nizama salmaq üçün sistemli işə ehtiyac olduğunu bildirib. Sabir Rüstəmxnlı nümunə kimi Türkiyə, İran, Yaponiya, Fransa, Almaniya kimi ölkələrdə bu tip qurumları misal gətirib.

ADQ sədri çıxışında Dilçilik İnstitutunun diqqətsizliyindən də gileylənib:“Bir neçə dəfə dəvət göndərmişik ki, tədbirlərimizdə iştirak etsinlər. Təkliflərini versinlər ki, ortaq işlər görək. Lakin nədənsə Dilçilik İnstitutu bizə bəlli olmayan səbəblərdən buna biganə yanaşır”.

Sabir Rüstəmxanlının sözlərinə görə, dilin inkişafıyla əlaqədar ölkə başçısının qərarı olsa da ortada ciddi iş yoxdur: “İstər reklam mətnlərinin, istər mətbuatın, istərsə də məmurların dilində qüsurlar həddindən artıq çoxdur. Qərar olmasına baxmayaraq demək olar ki, nəzərə çarpacaq irəliləyiş yoxdur”.

ADQ-nin icraçı direktoru Anar Niftəliyev dilə daxil olan yeni sözlərlə bağlı Dilçilik İnstitutunun qeydiyyat aparmadığını qeyd edib:“Azərbaycan türkcəsində ilk izahlı lüğət 1974-cü ildə nəşr olunub. 2006-cı ildəki nəşrdə isə cəmi 600 söz əlavə olunub. Halbuki hər il dilə 2-3 min yeni söz daxil olur”.

Anar Niftəliyev reklam lövhələriylə bağlı apardıqları monitorinqləri davam etdirəcəklərini bildirib.

Daha sonra qurumun üzvləri təkliflərini səsləndiriblər. Sonda qurumun İctimai Şurası təsdiq olunub. Sabir Rüstəmxanlı Şuranın sədri seçilib.

Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı - FOTO

Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı - FOTO

Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı - FOTO

Sabir Rüstəmxanlı Dilçilik İnstitutunu biganəlikdə günahlandırdı - FOTO

İnterpress.az