Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1%, kənd əhalisinin xüsusi çəkisi isə 46,9% təşkil edir.
Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6%-ni oğlanlar, 46,4%-ni isə qızlar təşkil edir.
Bu ilin yanvar ayında ölkədə 5,0 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,9-dan 6,2-yə qədər azalıb.
Bu ilin ilk ayı ərzində rəsmi orqanlar tərəfindən 5,6 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
İnterpress.az