İnterpress.az xəbər verir ki, Meksikanın Xoçimilko şəhərində martın 18-dən aprelin 6-a qədər 130-cu tarixi dondurma yarmarkası keçiriləcək. “Şirin” festival minlərlə insanı cəlb edir.
Festivalın keçirildiyi yerə giriş sərbəstdir. Burada yerli dondurmaçıların zəngin çeşitləri, limonlu, çiyələkli, vanilli, nanəli, marsipanlı, pendirli, şokaladlı, həmçinin ekzotik növlər, “vampirin öpüşü”, “əsəbi ilan”, tekila vəya kaktus şirəsi əlavə olunmuş dondurma, hətta donuz və krevetkalı dondurmalar nümayiş olunacaq. Tədbirdə həmçinin dondurmaların dequstasiyası, konsertlər, rəqs şousu, müxtəlif sərgilər və digər əyləncəli oyunlar təşkil olunacaq.
Festivalın tarixi uzaq keçmişə gedib çıxır. Belə ki dondurmanın çətin əldə olunurdu. Yüz il bundan əvvəl Meksikada hər kəs dondurma yeyə bilmirdi, ancaq aristokratlar, ruhanilər dada bilirdi. Lakin bir dəfə Pasxa bayramında yoxsullara dondurma paylanılıb. O vaxtdan hər il bu festival keçirilir.
İnterpress.az