Eks prezidentə 13 ilbackend

Eks prezidentə 13 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Maldiv Respublikasının keçmiş prezidenti Mohamed Naşid 13 il həbs cəzasına məhkum olunub. O, terrorizmdə ittiham olunub.

Ölkənin keçmiş başçısına qarşı qaldırılan ittihamda deyilir ki, o 2012-ci ildə Cinayət Məhkəməsinin baş hakimi Abdulla Mohamedin saxlanılması üçün qanunsuz göstəriş verib. Naşid hakimi siyasi təmayüldə və korrupsiyada ittiham edirdi. Eks prezident bu ittihamları inkar edib.

Naşidin vəkili bildirib ki, məhkəmə prosesi sürətlə gedib və onların işin materialları ilə tanış olmaq üçün vaxtları olmayıb. Naşid bu il fevralın 22-də həbs olunub.
2008-ci ildə hakimiyyətə gələn M.Naşid ölkənin ilk demokratik yolla seçilən prezidenti olub. Ona qədər ölkəni 30 il indi prezidentin qardaşı Mömün Abdul Qayum rəhbərlik edib.

İnterpress.az