Misir yeni paytaxt salırbackend

Misir yeni paytaxt salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misir hakimiyyəti yeni adminstrativ paytaxt salmaq istəyir. Yeni mərkəz Qahirənins şərqində yerləşəcək. Layihənin reallaşdırılması 5-7 il çəkəcək və 45 milyard dollar başa gələcəyi ehtimal edilir.

Ölkənin Tikinti naizir Mustafa Madbuli bildirib ki, Sinqapur böyüklükdə olacaq yeni şəhərdə bütün nazirliklər, diplomatik nümayəndəliklər yerləşəcək. Həmçinin milyon nəfərlik əhalinin yerləşdirilməsi nəzərdə tutulur.

Paytaxtı köçürmək ideyası 20 milyonluq meqapolisin artıq həddindən artıq sıx şəhər olmasına görə ortaya atılıb. Gözlənilir ki, Qahirənin əhalisi yaxın 40 ildə iki dəfə artacaq. Yeni paytaxt 5 milyon əhali üçün nəzərdə tutulub.

“Associated Presse” agentliyinin məlumatına görə, artıq hərbçilər Qahirə ilə yeni paytaxtı birləşdirən yolun çəkilişinə başlayıblar. Yeni şəhərin necə adlanacağı bilinmir.

İnterpress.az