Serbiyada helikopter qəzası: 7 ölübackend

Serbiyada helikopter qəzası: 7 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təzə doğulmuş, səhhətində problemlər olan körpəni xilas etmək üçün martın 13-də havaya qalxan vertolyot Belqraddan bir necə kilometr aralıda “Tesla” hava limanında qəzaya uğrayıb.

Vertolyotda ekipajın dörd üzvü, iki həkim və yeni doğulmuş körpə olub.

Dispetçerlər vertolyotla əlaqəni cümə günü itiriblər.

Aviaqəzaya səbəbin sıx duman olduğu bildirilir.

Hadisə ilə əlaqədar Serbiya hökuməti təcili müşavirə keçirib. [center][/center]Serbiyada hərbi vertolyot qəzaya uğrayıb.

İnterperss.az