İnterpress.az xəbər verir ki, Yaponiya hava-Kosmos Araşdırma Agentliyinin (JAXA) ixtirası dünya elm tarixində inqilab kimi dəyərləndirilir.
Yaponiya alimləri 1,8 kilovat enerjini kabeldən istifadə etmədən mikro dalğa vasitəsiylə 55 metr uzağa göndərə bildiklərini deyiblər. Bu metodla gələcəkdə kosmosda qurulacaq günəş panellərindən əldə olunacaq təmiz enerjinin dünyaya göndərilməsi nəzərdə tutulur.
JAXA mütəxəssislərinin 55 metrəlik məsafədən daşıdığı enerji hələlik bir su isidicisini istifadə etməyə yarasa da gələcəkdə daha uzaq məsafəyə enerji göndərməkdə nailiyyətlər əldə olunacağı deyiliir.
Kosmosda toplanılcaq böyük miqdarda enerjinin dünyada da istifadə olunması üçün böyük addım olduğunu deyən JAXA sözcüsü bunun dünya tarixində inqilabi ixtira olduğunu qeyd edib.
JAXA sözcüsü illərdir kosmos-günəş güc sistemlər üzərində işlədiklərini bildirib. Dünyadan təqribən 36 min kilometr uzaqda qurulacaq panel və antenalarda toplanacaq günəş işığı enerjisi mikrodalğa vasitəsilə Yerə göndrilə biləcəyini deyib.
Kosmoda günəş enerjisi panelləri qurmanın dünyadakılardan bir çox üstünləri var. Ən önəmlisi hava vəziyyəti və günün aydınlıq olan saatları kimi faktorları düşünməyə ehtiyac olmadan 24 saat boyunca enerji yığa bilir. İlk dəfə 1960-cı illərdə ABŞ-da ortaya atılan bu ideyanın reallaşması üçün yaponiya alimləri 2009-cu ildən üzərində işləyirlər. Layihə Yaponiyanın Nəqliyyat Nazirliyi tərəfindən maliyələşdirir.
İnterpress.az