Milli Şuranın mitinqi başa çatdı – FOTO – CANLI – YENİLƏNİBbackend

Milli Şuranın mitinqi başa çatdı – FOTO – CANLI – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan qan pulunun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.

15:31
***

AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Uca millətim! Səni çaşdırıb, aldada bilmədilər. Yenə meydanlardasan. Onları, sənə zülm edənləri yox, sənə azadlıq gətirmək istəyənləri seçdin. Eşq olsun sizlərə! Azərbaycan xalqına on illərlə zülm edən sülalə hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə həbslər oldu, şayiə mexanizimini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. Yox demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırması oldu. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana yox deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Sizin yarıtmaz siyasətinizin nəticəsidir!”.
Çıxışının sonunda Ə.Kərimli qeyd edib ki, xalqın mübarizəsi nəticəsiz qalmayacaq: “Biz öz azadlığımıza qovuşacağıq!”.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub,neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesabaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.

http://www.meydan.tv/az/site/news/5156/Milli-%C5%9Euran%C4%B1n-\’\’Talana-Son\’\’-mitinqi-(canl%C4%B1-bloq).htm

http://www.meydan.tv/az/site/news/5156/Milli-%C5%9Euran%C4%B1n-\’\’Talana-Son\’\’-mitinqi-(canl%C4%B1-bloq).htm?livedeskitem=43.0

15:31
***

“Məhsul” stadionunda \”Talana Son\” şüarı ilə keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, stadionda Azərbaycan xalqı var, ölkənin talanmasına “Yox!” deyənlər var, azad olmaq istəyən insanlar var: “Bu meydanda bütün Azərbaycan var!”.

Milli Şuranın mitinqi başa çatdı - FOTO - CANLI - YENİLƏNİB

Milli Şuranın mitinqi başa çatdı - FOTO - CANLI - YENİLƏNİB

İnterpress.az