İnterpress.az-a daxil olan məlumata görə, aksiyada olan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
Bundan başqa MŞ-nin «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 30 telefon nömrəsinə də hər hansı müraciət daxil olmayıb.
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işlıqlandıran jurnalistlərin heç də hamısının üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olmadığını qeydə alıb və bununla bağlı müvafiq tövsiyələrini veriblər.
İnterpress.az