Moskva vilayətində 15 yaşlı məktəbli yatan anasını balta ilə öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sergiev Posad şəhərində 15 yaşlı məktəbli oğlan yatan anasını balta ilə öldürüb. Çünki anası ona günlərlə kompüterdə oynamağı qadağan etmişdi.
Yeniyetmə özü şöbəyə gələrək anasını öldürdüyünü deyib. Hadisə yerinə ekipaj gedib və 48 yaşlı qadının meyiti onun ölümündən 4 saat sonra tapılıb.
Məlum olub ki, oğlan anasının qadağalarına dözə bilməyib.
Bu yaxınlarda dərsdən yayındığım üçün onu danlayan ana kompüter və planşetlə birlikdə telefonu da dərhal götürüb.
Məktəbli anasından inciyib, sonra qadını yatan yerdə balta ilə bir neçə zərbə vuraraq öldürüb.
Xuraman Etibarlı
İnterpress.az