İnterpress.az xəbər verir ki, Suriyadakı müxalifət silahlıları üçün təlim proqramı artıq fəaliyyətə başlayıb.
\”ABŞ ordusu və tərəfdaşlar Suriyada İŞİD-in zəifləməsi və məhv edilməsi üçün müxalifətin ilk bölümünün təliminə başlayıb.
Təlimdə koalisiya qüvvələrinin əsgərləri, xarici işlər, kəşfiyyat xidmətlərinin əməkdaşları iştirak edir.
Təlimə cəlb edilən qüvvələr xüsusi olaraq seçilib. Bu həftə başlayan təlim Bəşər Əsədə və İŞİD-ə qarşı mübarizədə müxaliflərin daha da qüvvətlənməsinə yardım edəcək.
Təhlükəsizlik səbəbi ilə təlimə qatılanların sayı, proqramın müddəti, təlimin keçirildiyi ərazilər barədə məlumatlar açıqlanmayacaq.
İnterpress.az