İnterpress.az xəbər verir ki, hər iki qurumun məhkəməyə müraciətinə səbəb kütləvi aksiyanın keçirilməsinə meriyadan icazə verilməməsi ilə bağlıdır. Belə ki, BŞİH Müsavat Partiyasının aprelin 19-a təyin etdiyi yürüşə, Milli Şuranın isə mayım 3-ə təyin etdiyi mitinqə icazə verməyib.
Hazırda hər iki qurumda məhkəməyə müraciətlə bağlı sənədlər hazırlanır.
Müsavat partiyasında bu işlə vəkil Nemət Kərimli, Milli Şurada isə Koordinasiya Şurasında təmsil olunan hüquqşünaslar məşğul olur.
Elnarə
İnterpress.az