Zəki Alasya vəfat edibbackend

Zəki Alasya vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ürkiyə mətbuatına istinadən xəbər verir ki, Zəki Alasya bu gün səhər yerli vaxtla saat 10.30-da aprelin 22-dən bəri müalicə olunduğu Koç Universiteti xəstəxanasında dünyasını dəyişib. O, qaraciyərindəki xəstəlikdən əziyyət çəkirdi.

Zəki Şenol Alasya 1943-cü ildə İstanbulda doğulub. Əslən Kiprdəndir. İstanbuldakı Robert Kollecini bitirib. Sənət həyatında ilk addımını həvəskar kimi Milli Türk Tələbə Birliyi teatrında atıb. 1964-cü ildə peşəkar aktyorluğa başlayıb və bir sıra teatrlarda çalışıb. 1973-cü ildən etibarən filmlərə çəkilməyə başlayıb, yaxın dostu Mətin Akpınarla birlikdə 37 il ərzində çoxsaylı filmdə rol alıb. 1977-ci ildə kinorejissor kimi fəaliyyətə başlayıb və rejissoru olduğu filmlərin çoxuna özü də çəkilib. Çəkildiyi son film “Gülə gülə” olub.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Z. Alasyaya “Dövlət sənətçisi” adı verilib. 2010-cu ildə “Altın Portağal” mükafatının sahibi olub.

Z. Alasyanın ilk həyat yoldaşı olan Oya Alasya ilə nikahından bir qızı var. 1983-cü ildə o, Türkiyə gözəllik müsabiqəsində ikinci olan Səma Yunak, 2008-ci ildə isə özündən 30 yaş kiçik Jülide Atak ilə ailə qurub.

İnterpress.az