Pakistanda vertolyotun qəzaya uğramasına görə məsuliyyəti “Taliban” üzərinə götürübbackend

Pakistanda vertolyotun qəzaya uğramasına görə məsuliyyəti “Taliban” üzərinə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliblər bəyan ediblər ki, helikopterdə Pakistan baş naziri Navaz Şərifin olduğunu düşünüblər.

“Helikopter zenit raketi ilə vurulub. Nəticədə pilotlar və xarici ölkələrin səfirləri ölüb”, – deyə “Taliban”ın bəyanatında vurğulanıb.

Xatırladaq ki, bu gün Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb. “Dawn” qəzeti hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

İnterpress.az