Hadisə mayın 9-da axşam saatlarında şəhərin Ozan küçəsində qeydə alınıb. Şəhər sakini, 1945-ci il təvəllüdlü Səmayə Qərib qızı Mehdiyeva yolu keçmək istəyərkən İlham Səmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.
Bədən xəsarətləri alan S. Mehdiyeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az