Üsame Ben Ladenlə bağlı yeni qalmaqalbackend

Üsame Ben Ladenlə bağlı yeni qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Amerikanın NBC kanalı xüsusi xidmətin iki əməkdaşına istinadən məlumat yayıb.

“Ben Laden zərərsizləşdirilməzdən öncə Pakistanın xüsusi xidmət orqanlarının informatoru öz təşəbbüsü ilə onun yeri barədə məlumat vermişdi. Pakistan rəhbərliyi “Əl-Qaidə” liderinin saxlandığı yer barədə əvvəlcədən xəbərdar idi” deyə mənbə vurğulayıb.

Ben Ladenin öldürülməsi ilə nəticələnən əməliyyatdan bir neçə saat sonra Ağ Evin yaydığı rəsmi informasiya isə informatorun kimlyi və ümumiyyətlə varlığı barədə hər hansı məlumatın yayılmasının qarşısını almağa yönəlib.

ABŞ mənbələrinin məlumatna görə, ben Laden bu ünvanda öz iki xanımı və uşaqları ilə birlikdə yaşayıb. O, 2011-ci il mayın 2-də xüsusi əməliyyat nəticəsində öldürülüb.

İnterpress.az