Tibb elmi 76 ildir bu sirri aça bilmir: 5 yaşlı anabackend

Tibb elmi 76 ildir bu sirri aça bilmir: 5 yaşlı ana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lina Medina indiyə qədər dünyanın ən gənc anası titulunu özündə saxlayır. 27 sentyabr 1933-cü ildə dünyaya gələn Lina 5 yaşında dünyaya uşaq gətirib. Əvvəlcə ailəsi uşağın qarnının şişməsinin səbəbini anlamayıb. Həkimə müraciət edən ailəyə qızın hamilə olduğu bildirilib. 14 may 1939-cu ildə Lina Gerardo adlı oğlunu dünyaya gətirib.

2,7 kiloqram çəkidə dünyaya gələn körpəyə həkimin adı verilib. O, 10 yaşına qədər Linanı bacısı kimi tanıyıb. Daha sonra ona həqiqəti söyləyiblər. Lakin hələ də tibb elmi 5 yaşında qızın necə hamilə qalmasının sirrini aça bilmir.

İnterpress.az