İnterpress.az xəbər verir ki, Bağdad şəhər Məclis sədri Riyad əl-Addad mətbuata verdiyi açıqlamada keçən ay Ramadidəki qarşıdurmalar səbəbiylə 110 min ailənin evlərini tərk edib paytaxta gəldiyini xatırladıb. Təhlükəsizlik güclərinin şəhərin bir hissəsində nəzarəti təmin etməsindən sonra köçkünlər keçən ayın sonlarından etibarən evlərinə dönməyə başlayıb.
Addad Bağdaddan ayrılaraq Ramadiyə dönən ailələrin sayının təxminən 95 min olduğunu deyib.
İraqın baş naziri Heydər əl-İbadi də daha əvvəl verdiyi açıqlamada Ramadidəki təhlükəsizlik vəziyyətinin nəzarət altında olduğunu ifadə edib. İŞİD-in çox az sayda silahlı ünsürdən başqa hər hansı bir şeyə sahib olmadığını vurğulayıb.
İŞİD nümayəndələri keçən ay Ramadinin mərkəzinə girmək üçün şəhərin şimal bölgələrinə geniş hücum başladıb. İraq hökuməti hücumu dayandırmaq üçün bölgəyə əlavə qüvvələr göndərib. Qarşıdurmalar səbəbiylə minlərlə adamın bölgədən köç etmək məcburiyyətində qaldığı bildirilib.
İnterpress.az