İcra başçısının oğlu məhkəmə zalında həbs edilibbackend

İcra başçısının oğlu məhkəmə zalında həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib. S. Əhlimanov isə təqsirinin olmadığını deyib. Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, İ. Ələsgərli 5 il 6 ay , S. Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi \”Howo\” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

Təqsirləndirilən İlham Ələsgərli Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

İnterpress.az