“Google”nin sürücüsüz avtomobili 11 qəza törətdibackend

“Google”nin sürücüsüz avtomobili 11 qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Google” bir neçə qəzanın avtomobili uzaqdan idarə edənlər səbəbindən yaşandığını bildirib.

“Google” sürücüsüz avtomobillərinin son altı il ərzində 2,7 milyon kilometr yol qət etdiyi də açıqlanıb. “Google”un avtonom idarə üzrə direktoru Chris Urmson verdiyi açıqlamada qəzalarda yüngül zərərin meydana gəldiyi və kimsənin yaralanmadığını deyib.

Urmson qəzaların bir neçəsində avtomobillərin sürücü tərəfindən idarə edilərkən yaşandığını qeyd edib. “Google”un açıqlaması 2014-cü ilin sentyabr ayından bu yana Kaliforniya əyalətində 4 sürücüsüz avtomobilin qəza törətdiyi xəbərlərindən sonra verilib.

ABŞ-da sürücüsüz avtomobillər əsasən Kaliforniya və Nevada əyalətlərində sınaqdan keçirilir. “Google”un ABŞ-da 23 “Lexus” markalı sürücüsüz avtomobili var. Şirkət qısa müddət əvvəl Birləşmiş Krallıqda özünün təkmilləşdirdiyi prototipin yoxlamadan keçəcəyini bildirmişdi.

İnterpress.az