Müsavat partiyasında istefalar davam edirbackend

Müsavat partiyasında istefalar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu açıqlamasında M. Hadi özü bildirib

M. Hadi deyib ki, istefasına səbəb son vaxtlar Müsavat Partiyasında gedən neqativ proseslərdir: “Qurultaydan sonra partiya rəhbərliyini ələ keçirmiş bir qrupun yeritdiyi siyasət, partiyanın yaradılmasında və bu günə qədər fəaliyyətində danılmaz rolu olan insanlara qarşı qərəzli münasibət göstərilməsi, əsassız yerə onların partiyaya qarşı xəyanətdə ittiham edilməsi qəbuledilməzdir. Partiyanın rəhbərliyini əldə keçirən həmin kiçik qrupla bir yerdə olmaq, birgə fəaliyyət göstərmək mümkünsüz görünür. Ona görə də mən götür-qoy etdim və partiya sıralarından çıxmağa qərar verdim”.

Qeyd edək ki, M. Hadi vaxtilə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılının vəkili olub. 2000-ci ildə Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi, 2003-cü ildə isə MSK-nın üzvü kimi fəaliyyət göstərib. (apa)

İnterpress.az