İnterpress.az xəbər verir ki, bəyanat müəllifləri “İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) \”cəza kəsmə\” məntəqəsinə və öz mənafelərinə uyğun \”saxta bəyanat\” verməklə kifayətlənən bir quruma çevrilib. Arif Hacılının müsavatçılara olan şəxsi \”kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb. Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir. Müsavat idarəçiliyində yol verilən qüsurlara etiraz edərək, biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk” deyə bildirib.
Bəyanatı aşağıdakı şəxslər imzalayıb:
1.Nizaməddin Quliyev – Azərbaycanda xalq hərəkatının fəallarından biri, Müsavat Partiyasının sabiq başqanının müşaviri
2. Mirismayıl Hadiyev – Müsavat Partiyasının sabiq Məclis üzvü, vəkil
3. Qalabəy Ağalarlı – Nizami rayon təşkilatı Ali Məclisinin üzvü
4. Gülağa Şərifzadə – Nizami rayon təşkilatın sədr müavini, Şura üzvü
5. Arif Quliyev – təşkilatın sədr müavini, özək sədri
6. Qurban Qocayev – Şura üzvü
7. Yaqub Xanəliyev – Şura üzvü
8. Maarif Məmmədov – üzv
9. Əfqan Rəfiyev – üzv
10. Nəriman Məmmədov – üzv
11. Sərvər Məmmədov – üzv
12. Ceyhun Eyvazov – üzv
13. Rəşad Quliyev – üzv
14. Vahid Əzimov – Şura üzvü
15. Etibar Qasımov – üzv
16. Əlif Şərifov – üzv
17. Şikar Əliyev – üzv
18. Kərim Cəbrayılov – üzv
19. Müşfiq Səfərov – üzv
20. Bayram Məmmədov – üzv
21. Fazil Məmmədov – üzv
22. Firidun Eyvazov – üzv
Qeyd edək ki, Vurğun Əyyubun partiyadan uzaqlaşdırılmasından sonra kütləvi istefaların olacağı gözlənilirdi.
Elnarə Əlosmanqızı
İnterpress.az