Mərkəzin üzvü Namizəd Səfərovun İnterpress.az-a verdiyi məlumata görə, Milli Şura BŞİH-nin mitinqin mayın 16-da keçirilməsi ilə bağlı cavabını qəbul etməyib. Beləliklə də mitinq təxirə salınıb.
Milli Şura eyni zamanda BŞİH-nin budəfəki cavabı ilə bağlı da məhkəməyə müraciət edəcək. Məhkəmədə Milli Şuranı hüquqşünas Namizəd Səfərov müdafiə edəcək.
Qeyd edək ki, AXCP İdarə Heyəti də sabah mitinqlə bağlı BŞİH-nin cavab məktubunu müzakirəyə çıxaracaq.
Elnarə
İnterpress.az