İnterpress.az xəbər verir ki, bəyanat Senata Kataloniya bölgəsində fəaliyyət göstərən və ermənilərin maraqlarını müdafiə edən \”Entesa\” siyasi qrupu tərəfindən təqdim edilib. Sənəd Senatda müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbulundan imtina edilib.
Erməniləri müdafiə edən Senat üzvlərinin sayı cəmi 14 nəfər olub. 130 nəfər isə bəyanatın rəddini tələb edib. 68 nəfər bitərəf qalıb.
Senator Xose Mariya Çiqqollo “soyqırım”ın 22 ölkə tərəfindən tanınmasıyla bağlı söylənənlərə özünəməxsus cavab verib: “Mən isə deyirəm ki, 168 ölkə bunu tanımayıb. Hansı çoxdur?”
İnterpress.az