Mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılıbbackend

Mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 22:00-dan səhər saatlarınadək Xətai rayonu Yusif Səfərov küçəsində növbəli şəkildə hər iki istiqamət olmaqla yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC sürücülərdən müvəqqəti narahatlığa görə üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

İnterpress.az