Ən bahalı 100 brendbackend

Ən bahalı 100 brend

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas meyar olaraq həmin şirkətlərin son 2 ildəki gəlirləri və brendin adının onun məhsullarının satılmasına təsiri götürülüb.

Dünyanın ən bahalı brendi “Apple” şirkəti seçilib. 145,3 milyard dollar dəyəri olan şirkət son ildə 17%-lik artım nümayiş etdirib. Təkcə 2014-cü ilin son rübündə “Apple” dünya üzrə 74,8 milyon smartfon satıb və rüb ərzində 18 milyard dollar gəlir əldə edib.

2-ci yerdə qərar tutan “Microsoft” şirkəti isə 69,3 milyard dollar dəyərindədir. “Microsoft” brendi 2014-cü ildə 10% dəyər qazanıb. Keçən ildən şirkətin başına keçən hindistanlı Satya Nadella bu il “Windows” sisteminin yeni versiyasını təqdim edəcəklərini deyib.

“Google” şirkəıti isə dünyanın ən bahalı 3-cü brendi seçilib. “Forbes”in məlumatına görə “Google” 65,6 milyard dollar dəyərə sahibidr. Şirkət son ildə 16% genişlənib. Dünya internet istifadəçilərinin 64,4%-ı məhz Google vasitəsilə axtarış aparırlar. Avropa Birliyi rəsmləri onun antiinhisar qaytdalarını pozduğunu iddia edirlər. Əgər “Google”a qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onu 6 milyard dollar cərimə gözləyir.

4-cü yerdə Coca-Cola şirkətinin brendi (56 milyard dollar), 5-ci İBM (49,8 milyard dollar), 6-cı McDonald`s (39,5 milyard dollar), 7-ci Samsung (37,9 milyard dollar), 8-ci Toyota (37,8 milyard dollar), 9-cu “General Electric” (37,5 milyard dollar), 10-cu isə “Facebook” seçilib.

“Facebook” brendi “Forbes” jurnalı tərəfindən 36,5 milyard dollar miqdarında qiymətləndirilib.

Siyahıda dünyanın məşhur brendləri olan “İntel”, “BMW”, “Nike”, “Adidas”, “Armani”, “Disney”, “Louis Vitton”, “Cisco”, “Oracle”, “Wal-Mart” və s. şirkətlər də var.

İnterpress.az