Qiyabi təhsil ləğv olundubackend

Qiyabi təhsil ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Nazirlikdən qeyd edilib ki, yeni tədris ili üçün ali təhsil müəssisələrində bakalavriat səviyyəsinə qiyabi təhsilalma forması üzrə plan yerlərinin sayı azaldılıb.

Ümumilikdə 2015-2016-cı tədris ili üzrə ali məktəblərə ümumi plan yerlərinin sayı əvvəlki tədris ilinə nisbətən 6 faiz artıb. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı qismən azaldılıb.

2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri artıq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib.

İnterpress.az