İnterpress.az xəbər verir ki, hadisə səhər saatlarında Valenzuela bölgəsində başmaq istehsal edən iki mərtəbəli Kentex fabrikində baş verib. Valenzuela Bələdiyyə sədri Rexlon Gatchalian 45 adamın cəsədinin çıxarıldığını, bəzi işçilərin isə duman və alovlar arasında itkin hesab olunduğunu bildirib. Ancaq eyni zamanda da ölü sayının artmasından narahatlıq keçirdiklərini dilə gətirib.
Hadisə yerinə gələn çox sayda xilasetmə qrupu hələ də davam etməkdə olan yanğını söndürmək üçün çalışır. Fabrikin bütün şüşələrinin dəmir barmaqlıqlarla bağlı olduğu, içəridəkilərin də buna görə qaça bilmədiyi bildirilir. Bir hadisə şahidi media işçilərinə \”Fabrikdən bir pişik belə qaça bilməz\” deyə açıqlama verib . Yanğının baş vermə səbəbi isə hələlik məlum deyil.
İnterpress.az