VHP-dən İnterpress.az-a verilən məlumata görə, mayın 22-də partiyanın qərargahında keçiriləcək konfrans həmçinin Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində \”İran\” qəzetinin Azərbaycan türklərini təhqir etməsinə etiraz olaraq 2006-ci il mayın 22-də başlanan \”Xordad\” hərəkatının 9-cu ildönümünə həsr olunacaq.
Konfransda Milli Hökumətin fəaliyyəti ilə bağlı həmin hökumətdə təmsil olunmuş şəxslər, tarixçi alimlər çıxış edəcək, \”Güney Azərbaycan: dünən və bu gün\” mövzusunda müzakirələr aparılacaq.
Təıdbirdə alimlər, siyasətçilər, millət vəkilləri və Güney Azərbaycan Milli Hərəkatının fəalları iştirak edəcək.
İnterpress.az