Arif Hacılı mətbuatın qarşısına çıxdıbackend

Arif Hacılı mətbuatın qarşısına çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyası daxilində baş verən qalmaqallara münasibət bildirən başqan nə qədər qəribə səslənsə də deyib ki, media məsələni şişirdir.
“8-ci qurultay tarixi idi. Bir çox ilklərə imza atıldı. İsa bəy üçüncü dəfə namizəd olmadı. Demokratik seçki mühiti oldu. Televiziya kanallarının gözü qarşısında səslər sayıldı. Biz hakimiyyətdən bundan artıq seçki şəraiti istəmirik. Deyirlər ki, guya Müsavat avtoritar qaydada idarə olunur. Hazırda yeniləşmə prosesi gedir.

Yeni-yeni insanlar rəhbərliyə gəlir. Nəsil dəyişmə prosesi baş verir. Bunlar müəyyən fəsadlarla baş verir. 9 nəfər çıxarılıb, istefa verənlərin sayı isə 100-dən azdır”. Arif Hacılı əlavə edib ki, partiya gələnlərin sayı gedənlərdən çoxdur:

“İndiyə kimi bizimlə birgə çalışanların hər birinə təşəkkür edirəm. Gedənlərə görə qalanları tənqid etmək doğru deyil. Gedənlərə görə üzülürəm. Hesab edirəm ki, fədakarlıq hamıda eyni ola bilməz. Bəzi rayon təşkilatlarımızda olan problemlər yaxın vaxtlarda yoluna qoyulacaq. 80 rayon təşkilatımızın hər biri güclü təsir imkanına malikdir. Müsavatda gedən proseslər hər zaman cəmiyyətdə müzakirə olunur. Müsavatda gedən proseslər demokratikliyə gətirib çıxaracaq.

İndiyə qədər gələnlər 300-dən artıq üzv gəlib. Yaxın vaxtlarda mətbuata siyahı təqdim olunacaq\”.

Qeyd edək ki, son zamanlar Müsavat Partiyasından istefa vermə halları kütləvi hal alıb.

İnterpress.az