“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilibbackend

“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məqsədlə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşdırılıb. Artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.

İnterpress.az