İnterpress.az xəbər verir ki, hadisə 15 il əvvəl baş versə də, indi üzə çıxıb.
4 yaşlı Lauren Sarene Key atası ilə gəzdiyi zaman uçurumdan yıxılaraq həlak olub. Ata hadisənin qəza olduğunu bildirib. Uşağın anası iki dəfə məhkəməyə müraciət etsə də, hər dəfəsində atanın günahsız olduğuna qərar verilib.
Ancaq ana geri çəkilməyərək üçüncü dəfə məhkəməyə müraciət edib. Nəhayət məkkəmə heyəti hadisə yerində araşdırma aparıb və bu qənaətə gəlib ki, 4 yaşlı uşaq özbaşına uçurumun kənarına gələ bilməzdi.
Təkrar araşdırmalar göstərib ki, ata qızına ayda min dollar aliment verməmək üçün qızını uçurumdan itələyərək öldürüb.
İnterpress.az