Rusiya komandasının uğurunun sirri : Plovbackend

Rusiya komandasının uğurunun sirri : Plov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya mətbuatı xokkey komandasının qələbəsinin sirrini oyunçuların plov yeməsində görüb.

Mətbuatın yazdığına görə, yığma komandanın oyunçuları bazada yaşadıqları zaman işlər stabil olmayıb. Müxtəlif tərəflərdən tənqidlər səsləndirilib. Kollektivin əhval-ruhiyyəsini aldırmaq üçün rəhbərlik qəribə üsula əl atıb-onlar üçün plov hazırladıb.

Komandanın meneceri Andrey Safronov isə özü şəxsən bütün komanda üzvlərini qonaq edib. Oyunçular plovu yedikdən sonra, istədikləri qədər özləri ilə bazaya aparmalarına da icazə verilib.

İnterpress.az