ABŞ hərbi təyyarəsi qəzaya uğrayıbbackend

ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Associated Press\” xəbər yayıb.

Xəbərdə bildirilir ki, dəniz piyadalarından ibarət hərbi birləşmə təlim keçirən zaman Bell V-22 Osprey konvertoplanı sərt eniş edib. Bu zaman konvertoplanda 21 dəniz piyadası və hərbi dəniz qüvvələrinin bir sanitarı olub.

Məmurlar bundan əlavə məlumat verməkdən imtina etsələr də \”Associated Press\” ABŞ dəniz piyadaları korpusuna istinadən bildiri ki, qəza nəticəsində 12 dəniz piyadası xəstəxanaya çatdırılıb. Onlardan birinin həlak olması barədə xəbər öz təsdiqini tapıb.

Qeyd edək ki, konvertoplan vertolyot rejimində işləyə bilən, vertikal eniş edən hərbi təyyarələrdir.

İnterpress.az